ƏRDOĞANIN ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLDİ - Slahiyyətlərinin icrasına başlama mərasimi keçirilir + CANLI YAYIM (Yenilınir)

3-06-2023, 19:20           
ƏRDOĞANIN ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLDİ -
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilir. “Report”un Ankaraya ezam olunan əməkdaşının xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər.

Bundan başqa tədbirdə bir neçə ölkənin dövlət və hökumət başçıları da iştirak edir.

Qeyd edək ki, R.T.Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib.

Daha sonra o, ölkənin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.

Mayın 28-də keçirilən ikinci turda “Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə növbəti 5 il üçün prezident seçilib.

Qeyd edək ki, R.T.Ərdoğan 1954-cü ildə anadan olub. O, 2003-cü ildən 2014-cü ilədək Türkiyənin Baş naziri olub.

2014 və 2018-ci illərdə dövlət başçısı seçilib.rilən andiçmə mərasimi Prezident sarayında vəzifələrin icrasına başlamaqla davam edəcək.

***

Bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə Böyük Millət Məclisində (TBMM) andiçmə mərasimi keçirilib. Bundan əvvəl TBMM-in müvəqqəti sədri Dövlət Bahçeli Prezident Ərdoğana Prezidentlik mandatını təqdim edib.

Mərasimdə 21 dövlət başçısı, 14 baş nazir, habelə nazirlər və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Türk Dövlətləri Təşkilatı, NATO və İslam Əməkdaşlığı Təşkilatının rəhbərləri iştirak ediblər. Ümumilikdə 78 ölkənin nümayəndəsi mərasimə qatılıb.

"AzPolitika.info" xəbər verir ki, mərasimdə iştirak edən 21 dövlət başçısının adları aşağıdakı kimidir:

Azərbaycan Prezidenti İlham Əliyev, Venesuela Prezidenti Nikolas Maduro, Bolqarıstan Prezidenti Rumen Radev, Qabon Prezidenti Əli Bonqo Ondimba, Qvineya Bisau Prezidenti Umaro Sissoko Embalo, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa, Monteneqro Prezidenti Yakov Milatoviç, Qazaxıstan Prezidenti Kasım Comert Tokayev, Qırğızıstan Prezidenti Sadir Çaparov, Konqo Prezidenti Denis Sassu N'Quesso, Kosovo Prezidenti Vjosa Osmani, KKTC Prezidenti Ersin Tatar, Şimali Makedoniya Prezidenti Stevo Pendarovski, Özbəkistan Prezidenti Şevket Mirziyoyev, Ruanda Prezidenti Paul Kaqame , Seneqal Prezidenti Macky Sall, Somali Prezidenti Həsən Şeyx Mahmud, Toqo Prezidenti Faure Essozimna Gnassingbe, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, Banqladeş Prezidenti Məhəmməd Şahabuddin Çuppu, Qvineya Prezidenti Mamady Doumbouya.

İnauqurasiya mərasimində 13 ölkənin baş naziri, o cümlədən Pakistanın baş naziri Şahbaz Şərif, Macarıstanın baş naziri Viktor Orban, Ermənistanın baş naziri Nikol Paşinyan və Liviyanın baş naziri Əbdülhəmid Dibeybe iştirak edib.

Mərasimdə Türk Dövlətləri Təşkilatının baş katibi Kubanicbek Ömurəliyev, NATO-nun baş katibi Yens Stoltenberq, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha da daxil olmaqla 8 beynəlxalq təşkilatın nümayəndələri də iştirak edib.
Ətraflı

Mərasimdə Rusiya Federasiyası Dövlət Dumasının prezidenti Vyaçeslav Viktoroviç Volodin və Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədr müavini Dinq Çjonqli iştirak edib, 12 ölkə parlamentin sədri səviyyəsində təmsil olunub.

Mərasimdə Bosniya və Herseqovina Prezident Şurasının sədri Jelka Sviyanoviç, Şura üzvləri Jelko Komşiç və Denis Beçiroviç, həmçinin Bosniya və Herseqovina Serb Qurumunun sədri Milorad Dodik, həmçinin Almaniyanın keçmiş prezidenti Kristian Vulf, Almaniyanın keçmiş kansleri Gerhard Şröder, KKTC-nin keçmiş prezidenti Dərviş Eroğlu, Bosniya və Herseqovina Prezident Şurasının keçmiş üzvü Bakir İzzetbeqoviç və İsveçin keçmiş baş naziri Karl Bildt iştirak ediblər.


Türkiyə Böyük Millət Məclisində keçirilən andiçmə mərasimi Prezident sarayında vəzifələrin icrasına başlamaqla davam edəcək.

Andiçmə mərasimindən sonra Rəcəb Tayyib Ərdoğan yeni hökumətin tərkibini açıqlayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.