Türkiyə parlamenti payız sessiyasında İsveçin NATO-ya üzvlük ərizəsini təsdiqləyəcək

11-07-2023, 10:24           
Türkiyə parlamenti payız sessiyasında İsveçin NATO-ya üzvlük ərizəsini təsdiqləyəcək
Türkiyə parlamenti payız sessiyasında İsveçin NATO-ya üzvlük ərizəsini təsdiqləyəcək.

Məlumata görə, bunun müqabilində İsveç Türkiyənin Aİ ilə gömrük ittifaqının modernləşdirilməsi üçün səy göstərəcək və iki ölkə arasında vizasız gediş-gəlişin təmin olunmasına dair danışıqları intensivləşdirəcək.

Qeyd edək ki, müvafiq razılaşmalar Vilnüsdə NATO sammiti öncəsi alyansın baş katibi Yens Stoltenberqin vasitəçiliyi ilə baş tutan Türkiyə - İsveç görüşündə əldə edilib.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru