Berdiməhəmmədov energetika nazirini vəzifəsindən azad etdi

15-07-2023, 10:06           
Berdiməhəmmədov energetika nazirini vəzifəsindən azad etdi
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov energetika naziri Hacıməhəmməd Rəcəbmuradovu işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edib.

TNS TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi "Neytral Türkmənistan" qəzeti ölkənin Nazirlər Kabinetinin ötən gün keçirilən geniş iclasının yekunlarına dair məlumat yayıb.

Berdiməhəmmədov yeni energetika naziri vəzifəsinə əvvəllər nazir rəis müavini vəzifəsində çalışan Annageldi Saparovu təyin edib. H.Rəcəbmuradov 2021-ci ilin avqustundan nazirliyə rəhbərlik edirdi. Bu ilin yanvarında Türkmənistan Prezidenti baş nazirin elektrik enerjisi sənayesi, tikinti və sənayeyə cavabdeh müavinini də dəyişib: Çarımirat Purçekovun əvəzinə bu vəzifəni Baimurad Annaməmmədov tutub.

Bundan əlavə, dövlət başçısı iclas zamanı işində yol verdiyi nöqsanlara görə Niyazlı Niyazlyevi “Türkmənkimiya” dövlət konserninin rəhbəri vəzifəsindən azad edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru