Türkiyənin dörd limanı dünyanın ən yaxşıları sırasına daxil olub

31-07-2023, 13:05           
Türkiyənin dörd limanı dünyanın ən yaxşıları sırasına daxil olub
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ambarlı ölkənin dörd limanının “Lloyd's List” tərəfindən hazırlanan “Dünyanın 100 Ən Yaxşı Limanı” siyahısında yer aldığını açıqlayıb.

Məlumata görə, bunlar Ambarlı, Kocaeli, Mersin və Tekirdağ limanlarıdır.

Türkiyə limanları yerli operatorların qəbul etdiyi konteyner sayına görə reytinqdə yer alıb.

2022-ci il üzrə qiymətləndirməyə görə, Ambarlı limanı 74, Kocaeli limanı 89, Mersin limanı 92, Tekirdağ limanı isə 100-cü yerdədir.
Qeyd edək ki, “Lloyd's List”in hesabatı gəmiçilik sənayesi üçün istinad sayılır və obyektiv qiymətləndirilməsi ilə tanınır.

Siyahıda Türkiyə limanlarının yer alması isə ölkədə dənizçilik və logistika sahəsinə qoyulan mühüm investisiyaların, sektorun inkişafının göstəricisi kimi diqqət çəkir.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru