Türkiyədə axtarışda olan terrorçu zərərsizləşdirilib
1-08-2023, 19:08
Türkiyədə axtarışda olan terrorçu zərərsizləşdirilib Türkiyədə boz kateqoriyada axtarışda olan kod adı Ardem Ararat olan Sultan Oruç adlı terrorçu zərərsizləşdirilib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.