Putin və Ərdoğan arasında danışıqlar baş tutacaq

2-08-2023, 10:49           
Putin və Ərdoğan arasında danışıqlar baş tutacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə çərşənbə günü telefon danışığı olacağı gözlənilir.

Məlumata görə, bu, onların taxıl müqaviləsinin dayandırılmasından sonra ilk ünsiyyəti olacaq.

Rusiya lideri iyulun 29-da Rusiya-Afrika sammitinin yekunlarından sonra jurnalistlərin suallarını cavablandıran zaman telefon danışığı planlarını açıqlayıb. Putinin sözlərinə görə, onlar daha əvvəl Ərdoğanla danışmağa hazırlaşırdılar, lakin münasib vaxt tapa bilməyiblər və nəhayət bu çərşənbəyə razılığa gəliblər.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi bir daha bəyan edib ki, Rusiya lideri ilə Türkiyə Prezidenti arasında avqustun 2-də telefon danışığı planlaşdırılıb.
Kreml qarşıdakı söhbətin mövzusunu açıqlamayıb.

Qeyd edək ki, Rusiya və Türkiyə liderləri sonuncu dəfə iyunun 24-də telefonla danışıblar. Putin həmkarına silahlı üsyana cəhdlə bağlı ölkədəki vəziyyət barədə məlumat verib. Ümumilikdə, 2023-cü ildə Rusiya və Türkiyə liderləri doqquz dəfə telefonla danışıblar. Putin və Ərdoğan arasında sonuncu təkbətək görüş 2022-ci ilin oktyabrında Astanada baş tutub.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.