85 yaşlı kişi arvadını öldürüb intihar etdi - Bələdiyyə sədrinin qayınatası və qayınanası imiş

3-08-2023, 09:08           
85 yaşlı kişi arvadını öldürüb intihar etdi - Bələdiyyə sədrinin qayınatası və qayınanası imiş
Giresunun Alucra rayonunda 85 yaşlı kişi ov tüfəngi ilə 86 yaşlı həyat yoldaşını öldürdükdən sonra intihar edib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Ali Sağlık kənddəki evində həyat yoldaşı Fatma Sağlıka ov tüfəngi ilə atəş açıb, daha sonra həmin tapança ilə intihar edib.
Silah səslərini eşidən kənd sakinləri evə gələndə qoca ər-arvadın qan içində yerdə uzandığını görüblər.

Xəbər üzərinə hadisə yerinə gedən səhiyyə və polis əməkdaşları tərəfindən cütlüyün həyatını itirdiyi müəyyən edilib.
Ali və Fatma Sağlam cütlüyün cəsədləri Ədliyyə Tibb Qurumuna göndərilib. Ali Sağlıkın təxminən bir həftə əvvəl bütün var-dövlətini dövlətə bağışladığı iddia edilib.
Ölənlərin Alucra bölgə Bələdiyyə sədrinin Suat Aybarın qayınatası və qayınanası olduğu bildirilib.

Ali və Fatma Sağlık cütlüyünün 2018-ci ildə TRT-də yayınlsnan "Ömür Dediğin" adlı verilişin 168-ci bölümünün qonağı olduğu da bildirilib. Verilişdə, əksəriyyətinin yaşı yarım əsrdən çox olan yaşlı cütlüklərin həyatlarına və təcrübələrinə diqqət yetirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.