İstanbulda dəniz sahilində minalar partladıldı: Su 30 metrə qədər yüksəldi - FOTO/VİDEO

3-08-2023, 12:38           
İstanbulda dəniz sahilində minalar partladıldı:
İstanbulun Şile rayonunda tapılan minaların zərərsizləşdirilərək partladılması anlarının videogörüntüləri yayılıb.

Axtarış tədbirləri başa çatdıqdan sonra minaların zərərsizləşdirilməsi üçün lazımi hazırlıq işləri görülüb. Səhər saatlarında baş verməsi planlaşdırılan partlayışdan əvvəl jandarma tərəfindən 1,2 kilometr uzunluğunda ərazi boşaldılıb və çimərliyə yaxın evlərdə yaşayan insanlar təxliyə ediliblər.

Daha sonra sualtı minaların hamısı bir-birinə bağlanıb və detonatorun köməyilə partladılıb. Partlayışın təsiri ilə dəniz suları təxminən 30 metrə qədər yüksəlib.




Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru