Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub

3-08-2023, 21:36           
Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub
Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub.

“Report” xəbər verir ki, bu barədə qərar Ali Hərbi Şuranın (YAŞ) avqustun 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında qəbul olunub.

Bu vəzifəyə ordu generalı Metin Gürak gətirilib. O, indiyədək İkinci Ordu Korpusunun komandanı olub.

Türkiyə Quru Qoşunlarının komandanı da dəyişib. Şuranın qərarına əsasən, Baş Qərargah rəisinin müavini, ordu generalı Səlçuq Bayraktaroğlu Quru Qoşunlarının komandanı təyin edilib.

Digər qərarla ordu generalı Ziya Camal Kadıoğlu Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə gətirilib.

Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən bildirilib ki, Ali Hərbi Şuranın qərarı ilə 32 general və admiralın rütbəsi artırılıb. Həmçinin 63 polkovnikə general və ya admiral rütbəsi verilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin əvvəlki Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər iyunun 3-də milli müdafiə naziri təyin olunub.

Həmin vaxtdan Baş Qərargah rəisi vəzifəsi boş idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru