Türk lirəsi ilə bağlı bədbin prqonozlar

5-08-2023, 08:50           
Türk lirəsi ilə bağlı bədbin prqonozlar
Türkiyədə inflyasiya yenidən yüksəliş trayektoriyasına daxil olduğu üçün iqtisadçılar Türk lirəsi (TL) ilə bağlı proqnozlarını daha bədbinliyə dəyişirlər.

Marja.az xəbər verir ki, Almaniya qurumu olan "Deutsche Bank AG" 2023-cü ilin sonuna USD/TRY (Dollar/Türk Lirəsi) proqnozunu 27 lirə səviyyəsindən 32 lirəyə yüksəldib.

Bankın analitikləri Lirənin daha da ucuzlaşacağını gözləmələri ilə bağlı olaraq "qiymət artımı (inflyasiya) tendensiyasını və siyasətçilərin inflyasiyanın daha dayanıqlı bir yola qaytarılmasında üzləşdikləri çətinlikləri” qeyd ediblər. Analitiklər 2024-cü ilin sonu üçün proqnozlarını USD/TRY 35 lirə olaraq açıqlayıblar.

HSBC də USD/TRY proqnozunu 27 lirədən 29 lirəyə yüksəldib. Bank strateqləri inflyasiya gözləntilərinə istinad edərək 2024-cü il üçün dollar/TL üzrə 32 lirə olaraq təxmin edirlər. Strateqlər xarici ticarət kəsirinin TL üçün də risk yaratdığını bildiriblər.

“Valyuta perspektivində daha narahatedici mənzərə var, çünki güclü turizm gəlirlərinin dəstəyi noyabr ayında azalacaq”, - strateqlər qeyd ediblər.

İstehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) iyul ayında iyun ayı ilə müqayisədə 9,49% artıb. İllik inflyasiya (ötən ilin iyul ayı ilə müqayisədə) 47,83 % təşkil edib.

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 2023-cü il üçün il sonu inflyasiya proqnozunu 22,3 faizdən 58 faizə qaldırdığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.