Özbəkistanda bloger ərinə ikinci arvad hədiyyə etdi və…

18-08-2023, 10:14           
Özbəkistanda bloger ərinə ikinci arvad hədiyyə etdi və…
Daşkənddə “Chechenka0909” təxəllüsü ilə tanınan “Instagram” bloqeri Gülzoda Abdulayeva çoxarvadlılığı təbliğ etdiyinə görə məhkəmə qarşısına çıxarılıb.

Tribunainfo.az podrobno.uz saytına istinadla xəbər verir ki, məhkəmə müəyyən edib ki, qız Özbəkistanda çoxarvadlılığın qadağan olunduğunu bilə-bilə İnstaqramda ərinə ad günündə ikinci arvad “hədiyyə” etməsinə dair video yayıb.

Məhkəmə prosesində bloqer qadın qeyd edib ki, video zarafat kimi lentə alınıb, o, hazırda etdiyi işdən peşmandır. O, himayəsində iki azyaşlı övladının olduğunu, üçüncü övladına hamilə olduğunu nəzərə alıb, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Məhkəmə onu təqsirli bilib. Lakin onun himayəsində iki azyaşlı övladı olduğu və əvvəllər bu kateqoriyadan olan cinayət törətmədiyi nəzərə alaraq, cəzadan azad edilib və xəbərdarlıqla məhdudlaşdırılıb.

Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirməsəydi, o, külli miqdarda cərimə ödəyəcəkdi.

Qeyd edək ki, qalmaqallı video sosial şəbəkədə 181 mindən çox bəyənmə toplayıb. Video təkcə Özbəkistanda deyil, qonşu ölkələrdə də ictimaiyyətdə rezonans doğurub və müzakirə obyektinə çevrilib. Gənc qadın daha sonra zarafatına görə üzr istəyib.

Bundan əvvəl Özbəkistanda son 5 ildə çoxarvadlılığa görə 38 nəfərin mühakimə olunduğu bildirilirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.