Azərbaycanlı müəllim universitetdən qovuldu

18-08-2023, 16:53           
Azərbaycanlı müəllim universitetdən qovuldu
Tehranın Əllamə Universitetinin müəllimi, Güney Azərbaycanın Xoy şəhərindən olan sosioloq Mehdi Xoyi işdən uzaqlaşdırılıb.

Axar.az xəbər verir ki, bu barədə azərbaycanlı müəllim sosial media hesabında paylaşım edib.

“Mən Əllamə Universitetinin sosiologiya müəllimi Mehdi Xoyi bu günə kimi haqsızlığın qarşısında susmamış, kimsəyə bac verməmişəm. Hər zaman xalqın və tələbələrimin yanında olduğum üçün universitetdən qovuldum”, - müəllim yazıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb. Onların bir çoxuna ”hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru