Günlərdir axtarışda olan diş həkimin meyiti tapıldı - FOTOLAR

19-08-2023, 11:47           
Günlərdir axtarışda olan diş həkimin meyiti tapıldı - FOTOLAR
Malatyada dəhşətli hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Yeşilyurt rayonunda itkin düşmüş kimi axtarışa verilə 47 yaşlı diş həkimi Murat Ş, yol kənarında ölü tapılıb.

Məlumata görə, Sarayevo küçəsində yolun kənarında hərəkətsiz vəziyyətdə uzanan şəxsi görən vətəndaşlar vəziyyəti polisə xəbər veriblər. Əraziyə sövq edilən səhiyyə əməkdaşları şəxsin öldüyünü müəyyən edib.

Polis cəsədin axtarılan diş həkimi Murat Ş.-yə (47) aid olduğunu təyin edib. Ərazidə pəncərələri açıq, park edilmiş bir avtomobil tapılıb.

Murat Ş.-nin cəsədi prokuror və polis qruplarının araşdırmalarından sonra Ədliyyə Tibb Təşkilatına aparılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru