Quduzluq diaqnozu qoyulan şəxs xəstəxanadan qaçdı - Foto

19-08-2023, 14:08           
Quduzluq diaqnozu qoyulan şəxs xəstəxanadan qaçdı - Foto
Şanlıurfada quduzluq xəstəsi olan şəxs xəstəxanadan qaçıb.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, şəhərdəki Akçakale Dövlət Xəstəxanasında 30 yaşlı suriyalı Həsən Halil Faras quduzluq diaqnozu ilə saxlanıldığı otaqdan qaçıb. Polis əməkdaşları onu boş ərazidə tutaraq karantinə alıb. Vətəndaşlar panikaya düşüb.

Hadisə ilə bağlı məlumatda bildirilib ki, İddiaya görə, Suriyanın Telabyad şəhərində sahibsiz itin hücumu nəticəsində yaralanan Həsən Xəlil Faras xəstəxanaya aparılıb. Quduzluq diaqnozu qoyulan Faras qonşu Akçakale Dövlət Xəstəxanasına aparılıb. Gənc kilidli qaldığı otağın qapısını açıb və xəstəxanada olan bir şəxsin mobil telefonunu götürərək qaçıb.

Mobil telefonu oğurlanan şəxs xəstəxana polisinə müraciət edib. Polis təhlükəsizlik kamerasını izlədikdən sonra mobil telefonunu oğurlayan şəxsin quduzluq diaqnozu qoyulan Həsən Halil Faras olduğunu müəyyən edib.

Polis və səhiyyə əməkdaşları Akçakale Dövlət Xəstəxanasından qaçan Farası tapmaq üçün axtarış əməliyyatına başlayıb. Qaçan Faras xəstəxanadan 10 kilometr uzaqlıqdalı başqa rayonda boş sahədə tapılıb.

Qorxu içində ətrafa baxan Farası razı salmaq üçün ərəbdilli məmurlar çağırılıb. Uzun müddət sonra razı salınan Faras, xüsusi geyimli qruplar tərəfindən təcili yardımla Xəstəxanaya aparılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.