“Kılıçdaroğlunun bu addımı məni məyus etdi” – Babacan

19-08-2023, 15:34           
“Kılıçdaroğlunun bu addımı məni məyus etdi” – Babacan
“Biz altılı masa olaraq bu ölkəni heç bir qarşıdurma, dava-dalaş olmadan idarə edəcəyimizə dair lazımi inamı vətəndaşlarımıza verə bilmədik. Təəssüf ki, biz o güvəni yarada bilmədik”.

“AzPolitika.info” xəbər verir ki, bunu Türkiyənin DEVA Partiyasının sədri Əli Babacan prezident seçkilərindəki məğlubiyyətlə bağlı sualı cavablandırarkən deyib.

“Ümit Özdağ və Kamal Kılıçdaroğlu arasında imzalanan memorandum isə məni məyus etdi. Bu, panika halında imzalanan sənəd idi. Kılıçdaroğlu 2-ci turda “altılı masa”dan Ümit Özdağ və Sinan Oğanla təmas qurmaq barədə bizim fikrimizi soruşdu və heç bir etiraz olmadı. Mən həmişə gizli sövdələşmələrə qarşı çıxdım”, - deyə o, bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru