Türkiyə və Macarıstan İsveçin NATO-ya qəbulu məsələsində bir-birlərini məlumatlandıracaq

21-08-2023, 10:04           
Türkiyə və Macarıstan İsveçin NATO-ya qəbulu məsələsində bir-birlərini məlumatlandıracaq
Macarıstan və Türkiyə İsveçin NATO-ya daxil olması ilə bağlı sazişin iki ölkənin parlamentlərində ratifikasiyasının gedişi barədə bir-birini məlumatlandırmaq barədə razılığa gəliblər, lakin bunun üçün hələlik konkret müddətlər müəyyən etməyiblər.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Macarıstanın baş naziri Viktor Orban və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Budapeştdə keçirilən danışıqların yekununda bildirib.

“Biz daimi məsləhətləşmələr apardıq, əlaqələri davam etdirdik, parlamentlərdəki işlərin vəziyyəti və proseslər barədə bir-birimizi məlumatlandırdıq”-deyə, o bildirib.

Onun sözlərinə görə, Macarıstan və Türkiyə gələcəkdə parlament yay tətilindən qayıdıb fəaliyyətə başlayanda bu təcrübəni davam etdirəcəklər:

“Daha sonra İsveçin NATO-ya qəbul üçün müraciətinin nə vaxt gündəmə gətiriləcəyi məsələsi həll olunacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru