Kiprdəki BMT sülhməramlılarının yerli türklərə qarşı hərəkətləri qəbuledilməzdir - Ərdoğan

22-08-2023, 10:25           
Kiprdəki BMT sülhməramlılarının yerli türklərə qarşı hərəkətləri qəbuledilməzdir - Ərdoğan
Türkiyə lideri deyib ki, BMT sülhməramlıları regionda gərginliyin artmasına səbəb olublar.
Kiprdə bufer zonada olan BMT sülhməramlı qüvvələrinin nümayəndələrinin orada yaşayan yerli türklərə qarşı hərəkətləri qəbuledilməzdir və regionda gərginliyə səbəb olur.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
“Sülhməramlı qüvvələrin Şimali Kipr Türk Respublikasının sakinlərinə qarşı hərəkətləri bizim üçün qəbuledilməzdir. Təəssüf ki, onlar regionda gərginliyin artmasına səbəb olub, onların nə hüquqi, nə də humanitar əsasları var”, - Ərdoğan bildirib.
Xatırladaq ki, daha öncə Türkiyə Xarici İşlər Nazirliyi BMT-nin sülhməramlı qüvvələrinin bu addımını pisləmişdi.
Sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru