Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi: Konsertləri ləğv edildi - FOTO

22-08-2023, 12:54           
Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi:
Güclü səsi ilə seçilən məşhur türkiyəli müğənni Merve Özbey xəstəxanaya yerləşdirilib.

35 yaşlı müğənninin sağlamlığında əməliyyatdan sonra problemlər yarandığı məlum olub və müalicəsinə başlanılıb.

Merve Özbeyin bu səbəbdən eyni zamanda yeddi konserti birdən ləğv edilib.

Müğənni bununla bağlı sosial şəbəkədə paylaşım edib.

“Bir müddət əvvəl keçirdiyim əməliyyatdan sonra bəzi fəsadlar yarandı. Xəstəxanada davam edən müalicə prosesi və həkimlərin məsləhətinə görə təəssüflə avqustun 30-na kimi konsertlərimi təxirə salmalı oldum. Sağlam günlərdə yenidən görüşmək və birlikdə mahnılar oxumaq diləyi ilə…”, - deyə o bildirib.
Qeyd edək ki, Merve Özbey son zamanlar çox dinlənilən və sevilən “Yaramızda kalsın”, həmçinin “Yaş hikayesi”, “Sahi”, “Yerle-yeksan”, “Topsuz tüfeksiz”, “Vuracak”, “Ayrılığın acısı” kimi mahnıların ifaçısıdır.




Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru