Sərnişin sükanı uçuruma tərəf döndərməyə çalışdı: Türkiyədə avtobusda dəhşət anları - FOTO/VİDEO

14-10-2023, 12:44           
Sərnişin sükanı uçuruma tərəf döndərməyə çalışdı:
Türkiyədə ictimai nəqliyyatda baş verən dəhşət anları kameralara düşüb. Kadrlar Mersin-Adıyaman istiqamətində hərəkət edən və içərisində 26 sərnişinin olduğu avtobusda qeydə alınıb.

Videoda sərnişinlərdən birinin qəfildən sükana cumaraq, onu döndərməyə çalışdığı görünüb. Ancaq avtobus sürücüsü ona müqavimət göstərib.

Məlumata görə, sərnişin avtobusu uçurum istiqamətinə döndərməyə çalışıb, ancaq avtobus son anda baryerlərə çırparaq dayandırıb.

Nəzarətə alınan sərnişinin qanında narkotik aşkarlanıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.






Mənbə: Sözcü












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru