Arxeoloqlar Qazaxıstan ərazisində məbəd aşkar ediblər - FOTO

14-10-2023, 09:38           
Arxeoloqlar Qazaxıstan ərazisində məbəd aşkar ediblər - FOTO
Qazaxıstanın cənubunda yerləşən Türkistan vilayətinin Qızılqol tarixi-mədəni ərazisində qazıntı işi aparan arxeoloqlar məbəd qalıqlarına rast gəliblər.

Mütəxəssislər iddia edirlər ki, tapıntı Cənubi Qazaxıstan ərazisində mövcud olmuş qədim Kanqyuy dövlətinin dövrünə aiddir.

“Bu ərazi Şoşak Babanın ritual və məbəd kompleksi hesab olunur. Biz burada Qazaxıstan arxeologiya elmində ilk dəfə olaraq perimetri və daxili divarları daşdan tikilmiş məbədlə qarşılaşdıq”, - deyə qazaxıstanlı arxeoloq alimi Aleksandr Poduşkin deyib.

Alim qeyd edib ki, arxeoloji qazıntı nəticəsində ortaya çıxmış, təxminən iki min il əvvələ aid tikili Orta Asiya üçün xarakterik deyil.


Mənbə: Sputnik Qazaxıstan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru