Gəlinə 7 kiloqram qızıl taxıldı - 5 MİLYON PUL YIĞILDI - FOTO/VİDEO

16-10-2023, 16:17           
Gəlinə 7 kiloqram qızıl taxıldı -
Türkiyənin Şanlıurfa şəhərində səs-küyə səbəb olacaq daha bir təmtəraqlı toy baş tutub.
Türkiyə KİV xəbər verir ki, Şanlıurfalı iş adamı Bilal İzolun oğlu Muhammed İzol ilə iqtisadçı Elif Eyidoğanın toyu keçirilib.
Yüzlərlə insanın dəvət edildiyi toyda gəlinə 7 kiloqram qızıl taxılıb, gəlinlə bəyin üzərindən isə ümumilikdə 5 milyon lirə (305 min 500 AZN) pul yığılıb.
Toyda yerə səpilən pulları yığmaq üçün xüsusi adamlar tutulub.
Gəlinə taxılan 7 kiloqram qızıl içərisində bahalı qolbağlar, tac, kəmər, boyunbağı kimi zinət əşyaları yer alıb.
Elif Eyidoğan qızılların ağırlığına görə toyda yeriməkdə çətinlik çəkib.
Sözügedən toydan video və fotolar təqdim edirik:




gundelik baki.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru