Türkiyədən şok iddia: “Gülənçi”lərin Azərbaycanda 3 min “İşıq evi” var

31-07-2016, 16:44           
Türkiyədən şok iddia: “Gülənçi”lərin Azərbaycanda 3 min “İşıq evi” var
Türkiyədə 15-16 iyul hərbi çevriliş cəhdinin təsiri Azərbaycanda da özünü hiss etdirdi. Rəsmi Ankaranın bu cəhdin arxasında durmaqda ittiham və terror təşkilatın (“FETÖ”) lideri adlandırdığı Fətullah Gülənə bağlı “Qafqaz” Universiteti, “Zaman” qəzeti, eləcə də Gülənlə müsahibəni yaydığına görə ANS qapadıldı. Lakin belə görünür ki, Türkiyədə davam edən “anti-FETÖ” kampaniyasının Azərbaycandakı təsiri bununla bitməyəcək.

Türkiyəli yazar Fuat Uğur Gülən hərəkatının Azərbaycanda çox ciddi kök saldığını iddia edən maraqlı bir məqalə yazıb. “Türkiyə” qəzetinin yazarı olan Uğurun məqaləsi ölkənin bir neçə saytında dərc olunub.

Məqlədə iddia edilir ki, Türkiyədə hərbi çevriliş baş tutusaydı, proses “Türk baharı” olaraq başqa türkdilli ölkələrə – Qırğızstan, Azərbaycan və Türkmənistana da yayılıb təkrarlanacaqdı.

Fuat Uğur məqaləsində Azərbaycanla bağlı bunları yazır:

“FETÖ-çü şəbəkənin hərbi çevriliş hazırlığını öyrəndiyim və öz yazılarımda tez-tez istinad etdiyim şəxsi tanıyırsınız – Ümit Akdemir. Ümit Akdemir Camaat mənsubu olduğu illərdə Naxçıvanda bu örgütün yurtlarında (düşərgə – red.) müdirlik edib və bölgəni çox yaxından tanıyan, nəbzini əlində tutan adamdır. Akdemir Naxçıvanda işlədiyi vaxtlarda Türkiyədən gələn paralel çeteçilərin (Gülənçilərin – red.) toplantılarında tez-tez Azərbaycana sızmalarını müzakirə etdiklərini, hətta bir dəfə Kocaeli bölgəsi üzrə məsul şəxslərin və imamının “Azərbaycan artıq yetərli səviyyəyə gəlmək üzrədir” dediyini anladır. Söhbət 2006-cı ildən gedir, gerisini siz düşünün.

İndi buradan həm Türkiyədəki, həm də Azərbaycandakı yetkililəri xəbərdar edirəm. Azərbaycanda illərdir fəaliyyət göstərən FETÖ-çu şəbəkənin əsasən Bakıda olmaqla 3 minə yaxın “İşıq evi”, Türkiyəyə milyardlarla dollar yatıran SOCAR şirkətinə verilmiş kimi göstərilən kollecləri var. Bu çete illərdir Azərbaycanın dövlət bürokratiyasına, Müdafiə və Daxili İşlər nazirlikləri strukturlarına öz adamlarını yerləşdirir. Əgər Türkiyədəki çevriliş cəhdi uğurlu olsaydı bu strukturlarda uyuyan agentlər də fəallaşacaqdı”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.