Türkiyə daha 4 şəhid verdi- 8 əsgər isə ağır yaralanıb

31-07-2016, 20:19           

Türkiyədə antiterror əməliyyatları davam edir.
Gununsesi.info “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, Mesudiye rayonunda yerləşən Topçam Jandarma postu yaxınlığında xidməti vəzifəsini yerinə yetirən əsgərlər PKK terrorçularının hücumuna məruz qalıblar. Hadisə zamanı Türkiyədə ordusunun 3 əsgəri şəhid olub, 2-si yaralanıb. Bölgəyə əlavə hərbi qüvvələr göndərilib, əməliyyat davam etdirilir. Ordu valisi İrfan Balkanlıoğlu bildirib ki, təhlükəsizlik qüvvələri ilə millətimizin birliyi nəticəsində terrorçular regionumuzda yaşamayacaq.
“Anadolu”nun başqa bir xəbərinə görə isə Hakkarinin Şəmdinli qəsəbəsində təhlükəsizlik əməkdaşları ilə terrorçu PKK-lılar arasında çıxan çatışmada bir əsgər şəhid olub, 6 əsgər yaralanıb. Hazırda yaralı əsgərlər Şəmdinli Dövlət Xəstəxanasında həkim nəzarəti altındadırlar. Qeyd olunur ki, bölgədə davam edən antiterror əməliyyatı səbəbi ilə Yüksəkova-Şəmdinli quru yolu trafikə qapadılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.