Akşənər onu FETÖ-yə bulaşdırmaq istəyənlərə “od püskürdü”- "DƏFTƏRLƏRİ AÇARAM!"

31-07-2016, 23:59           

“Dövlət Baxçalının 15 iyulda çevrilişə cəhdə qarşı məlum münasibəti doğrudur. Mən özüm də o gecə 23.57-də mövqeyimi bir mesajla internet üzərindən açıqladım. 23.59-da da bu mesajım internet səhifəmə düşdü, sayın baş nazir Binəli Yıldırımın baş verənlərin bir çevriliş olduğunu açıqlamasından cəmi bir dəqiqə sonra”.
Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanlığına əsas namizəd, sabiq daxili işlər naziri və eks vitse-spiker Meral Ankşənər onun adının Gülənçilərlə əlaqələndirilməsinə münasibətini bildirərkən dilə gətirib. M. Akşənərin sözlərinə görə, ondan sonra da televiziya proqramlarına qatılmağa çalışıb.
“Bu arada, İstanbulda MHP üzvlərinə yönəlik “küçəyə çıxmayın” mesajları gəldi, amma hər kəsin də gördüyü kimi, çevrilişə cəhdə qarşı çıxanların önəmli bir qismi ülkücülərdi-milliyyətçilərdi.
Ancaq indi əsas etibarı ilə müzakirə edilməsi gərəkən budur; vətənini, millətini sevən, ölkəsini düşünən, ağlı başında ola hər kəs çevrilişə qarşı çıxdı, fəqət fürsətdən istifadə edib biriləri siyasi rəqiblərini iftiralarla “ayaq altından” çəkmək kimi bir yola gedərsə, o zaman mən buna imkan vermərəm, dözəmmərəm…O zaman dəftərləri açaram!
Çünki mən FETÖ-PDY məsələsi ilə bağlı hələ üç ay öncə Boluda qəzetəçilərin sualına cavabımda “anlaşılır ki, belə bir örgüt var və gərəyi yapılmalıdır, amma gözardı edilməməsi gərəkən bir şey də var, bu örgütə yardım və havadarlıq edənlər də var. Eyni zamanda, “çözüm sürəci” deyilən sürəcdə PKK-ya yardım və havadarlıq edənlər də var. Dolayısı ilə biz iqtidar olduğumuz təqdirdə bunların da mühakimə olunmasına çalışacağıq…” demişdim” – deyə, M. Akşənər bildirib.
O, həmçinin iqtidar mediasına (Türkiyədə bunu “hovuz mediası” deyirlər) ona yönəlik ittihamlarla bağlı bir neçə sual ünvanlayıb və onların cavablandırılmasını tələb edib:
– “Türkçə olimpiyatları” üçün örtülü ödənəkdən paraları FETÖ-yə mənmi verdim? ( Hansı ki mən 19 ildir dövlətin dışındayım…)
-Sayın Cümhurbaşqanının ətrafındakı beş yavərin dördü FETÖ-cü çıxdı. Bu insanların referansı kimdir?
-AKP çevrələrində dartışılanlara görə, Ankarada FETÖ-nün sərmayə yapısı 17 dəfə artdı. Keçəndən iki akçe, keçməyəndən beş akçe aldıqları bir dönəm yaşandı. FETÖ-nün hər iş adamından, hər ihalədən pay almasının önünü açan mənəmmi?
-2011-ci də istefa edən Işık Koşaner Paşa və diğər komandanların açıqladıqları önəmli açıqlamalar var. Bu açıqlamalara rəğmən, ordu içində FETÖ-cüləri ən üst vəzifələrə tövsiyə edən, çıxaran mənəmmi?
-Ali Hərbi Şuranınn toplantılarında “bunlar irticaçıdır” deyilib ordudan uzqalaşdırlmaq istənənlərlə bağlı qərarlara veto qoyan mənəmmi?
-Üniversitetlərə qəbul imtahan sualları, KPSS imtahan sualları FETÖ tərəfindən çalındığı zaman ÖSYM başqanı Əli Dəmir, “belə bir şey yoxdur” deyəndə o dövrün bütün nazirləri ona inandığını bəyan etmişti. Bunları edən də mənəmmi ?
Xanım Akşənər suallarının ardından bunları deyib: “Psixoloji savaşda bəzi insanlar öz suçlarını başqalarının üzərindən pərdələyər. Mənə yönəlik iftiraları da buna bənzədirəm. “At izi, it izinə qarışmışkən” fürsətdən istifadə edib, indi belə bir çirkin yola baş vururlar”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.