Türkiyədə Milli Müdafiə Universiteti yaradıldı

1-08-2016, 19:11           
Türkiyədə Milli Müdafiə Universiteti yaradıldı
Bu gün Türkiyədə Ali Hərbi Məktəblərin ləğv edilərək onun yerinə Milli Müdafiə Universitetinin yaradıldığı elan edilib.
Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Məlumata görə, univeraitetin yadıldığını Türkiyə MilliMüdafiə Nazirliyi bəyan edib.
Milli Müdafiə Universiteti Türkiyə Milli Müdafiə Nazirliyinə bağlı olacaq. Ali təhsil müəssisəsinə rektor Milli Müdafiə Nazirliyinin təklifi ilə baş nazirin münasib gördüyü üç namizəd arasından ölkə prezidenti tərəfindən seçilərək təyin olunacaq.
Milli Müdafiə Universitetinin tərkibində Quru, Dəniz və Hərbi Hava məktəbləri, gizir və zabitlərin təhsil aldığı ali hərbi məktəblərlə yanaşı, tam hərbi təhsil vermək məqsədilə qurulacaq universitetlər də olacaq.
Quru, Dəniz və Hərbi Hava məktəbləri, gizir və zabitlərin təhsil aldığı ali hərbi məktəblərə Milli Müdafiə Universitetinin tabeliyində olsa da, öz nizamnamələrinə görə fəaliyyət göstərəcəklər.
Bu məktəblərə qəbul Milli Müdafiə Nazirliyi tərəfindən həyata keçiriləcək.
Bundan sonra hərbi təhsil yalnız Milli Müdafiə Universitetinə bağlı məktəblərdə veriləcək və bağlanan hərbi lisey, məktəb və akademiyalardakı tələbələr Ali Təhsil Şurası (YÖK) və Milli Təhsil Nazirliyi tərəfindən müvafiq hərbi məktəblərə köçürüləcəklər.
Xatırladaq ki, 15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyə prezidenti R.T.Ərdoğan Ali Hərbi Məktəblərin ləğv ediləcəyi anonsunu vermişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.