“Fətullahçı məmurların hamısı dövlət qulluğundan çıxarılacaq”

1-08-2016, 19:29           
“Fətullahçı məmurların hamısı dövlət qulluğundan çıxarılacaq”
"Fətullahçılarla əlaqədə olan bütün məmurlar dövlət qulluğundan xaric olunacaq".
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirinin müavini Nurəddin Canikli deyib.

O bildirib ki, fətullahçıların dövlət qulluğunda qala bilməsi heç bir şərtlə mümkün ola bilməz:
“Onların hamısı həyata keçirdikləri xain təşəbbüslərinin bədəlini ödəyəcəklər Fətullahçılarla əlaqəli olub sərəncama göndərilənlər, birbaşa və dolayı yola təşkilata üzv olanlar, hər hansı bir şəkildə təşkilata dəstək verənlər, təşkilatın fəaliyyətində aktiv şəkildə iştirak edənlərin hamısı tamamilə işdən azad olunacaqlar.

Fətullahçılar həm dövlət qulluğundan xaric ediləcək, həm də ən ağır şəkildə cəzalandırılacaq. Üzvlərin heç biri dövlət müəssisə və təşkilatlarında işləməyəcək, onların hamısı təmizlənərək məmurluqdan kənarlaşdırılacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru