“Kəşfiyyat orqanlarında ciddi istalahlar aparılacaq”- MİT HƏDƏFDƏ

1-08-2016, 20:11           
“Kəşfiyyat orqanlarında ciddi istalahlar aparılacaq”- MİT HƏDƏFDƏ

“Türkiyənin xüsusi xidmət və milli kəşfiyyat orqanlarında ciddi istalahlar aparılacaq”. Modern.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, bunu baş nazir Binəli Yıldırıb deyib.

O bildirib ki, islahatlar Türkiyənin kəşfiyyat sisteminin təkmilləşdirilməsinə və keyfiyyətinin artırılmasına xidmət edəcək. B.Yıldırım əlavə edib ki, hələ yeni kəşfiyyat modeli təyin olunmayıb:
“Ölkənin kəşfiyyat sistemi üçün hansı modelin tətbiq ediləcəyi barədə danışmaq hələ ki, tezdir”.

Xatırladaq ki, Türkiyədə 15 iyul uğursuz dövlət çevrilişinə cəhddən sonra ölkə başçısı R.T.Ərdoğan və baş nazir Binəli Yıldırım bəyənatlarında ölkənin əsas xüsusi xidmət orqanı olan Milli İstihbarat Təşkilatının (MİT) səriştəsizliyini və zamanında hadisələri qabaqlaya bilmədiklərini deyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru