Fətullahçılar Türkiyədə yenidən dövlət çevrilişi cəhdinə hazırlaşır - Çevriliş cəhdinin tarixi belə bəlli oldu
2-08-2016, 14:21
Gülən camaatının 15 iyul çevriliş cəhdinin qarşısının uğurla alınmasından sonra təşkilatın rəhbər təbəqəsi və üzvləri yeni bir tarixə hədəflənib.
Avropa.info xəbər verir ki, çevriliş cəhdinin qarşısının alınmasından sonra dəli olan Fətullah Gülənin səbir mesajları verərək 14 avqusta işarə etmiş ola biləcəyi ehtimal olunur.
Bu tarixin ən böyük əlamətlərindən biri isə Gülən camaatının üzvlərinin və tərəfdaşlarının 14 avqustu göstərərək tvit atmalarıdır.
Fethullahçı Terror Təşkilatının 15 iyulda həyata keçirmək istədiyi çevriliş cəhdinə uzun illər əvvəl hazırlaşdığı və bu tarixə işarə etdiyi üzə çıxıb.
Başda təşkilatın lideri Gülən olmaqla və təşkilat üzvlərinin və Gülənçilərə aid mətbuat vasitələrinin də tez-tez 15 iyul tarixini vurğuladığı məlum olub.
Gülən camaatı çevriliş cəhdindən sonra artıq yeni bir tarixə; 14 avqust tarixinə işarə etməyə başlayıb.