Nazarbayev Türkiyənin "çaldığı" ilə oynamağa imtina etdi

2-08-2016, 18:46           

Astana Qazaxıstandakı Gülən məktəblərini bağlamayacaq.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Təhsil Nazirliyi yayıb. Nazirlik Qazaxıstandakı 27 Gülən məktəbinin fəaliyyətini davam etdirəcəyini açıqlayıb:

“Tələbələr və ailələr bu məktəblərin bağlanacağından qorxmasınlar. Məktəblər Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə o zamankı Türkiyə Prezidenti Turqut Özal arasında imzalanan razılaşma ilə tikilib”.

Qeyd edək ki, bundan öncə Türkiyənin Qazaxıstandakı səfiri Nevzat Uyanık Astananı Gülən məktəblərini bağlamağa səsləyib. Türk səfir bu məktəblərin artıq Türkiyəyə aid olmadığını bildirib.

Bundan öncə Qırğızıstan da Gülən məktəblərinin bağlanmasından imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru