Türkiyədə erməni qəzetlərinə maliyyə yardımı ayrıldı

27-02-2024, 16:18           
Türkiyədə erməni qəzetlərinə maliyyə yardımı ayrıldı
Türkiyənin Mətbuat Şurası iki illik fasilədən sonra 2024-cü ildə ermənilərin, yunanların və yəhudilərin çap mediasına maliyyə dəstəyi göstərilməsi barədə qərar qəbul edib.

KONKRET.az xəbər verir ki, İstanbuldakı “Akos” qəzetinin məlumatına görə, Mətbuat Şurasının qərarı ilə milli azlıqların çap mediasına 300 min lirə ayrılacaq və bu vəsait onlar arasında proporsional şəkildə bölünəcək.

Qeyd edək ki, 2022-ci ildən Türkiyə hakimiyyəti sözügedən nəşrlərə maliyyə dəstəyini dayandırmışdı.

Azlıqların media nümayəndələri yüksək inflyasiya şəraitində yeni maliyyə dəstəyinin bir neçə il əvvəlkindən daha böyük olacağını gözləyirdilər, lakin hakimiyyət iki il əvvəl olduğu qədər pul ayırıb.

Milli azlıqların çap mediasına maliyyə dəstəyi Türkiyənin Lozanna müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru