İstanbulda Qurban kəsmək istəyən kişi faciəli şəkildə öldü

17-06-2024, 11:14           
İstanbulda Qurban kəsmək istəyən kişi faciəli şəkildə öldü
Türkiyənin İstanbul şəhərində qəssab işləyən 56 yaşlı Doğan İçeloğlu infarkt keçirərək əlindəki bıçağın üzərinə yıxılıb.

Hadisə səhər saatlarında Arnavutköy Hacımaşlı məhəlləsindəki xüsusi qurban kəsmə ərazisində baş verib.

Təcili yardımla Arnavutköy Dövlət Xəstəxanasına aparılan şəxsin müdaxilələrə baxmayaraq həyatını itirdiyi bildirilir.

Mənbə: Hürriyet












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.