Türkiyə ilə PKK arasında atəşkəs imzalandı - İlginc iddia
30-08-2016, 22:11
Suriyanın Cerablus şəhərində Türkiyə Silahlı Qüvvələri ilə PKK-nın Suriya qolu YPG qruplaşması arasında atəşkəs razılaşması imzalanıb.
Axar.az xəbər verir ki, bu iddia ilə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Con Tomas çıxış edib.
“Son bir neçə saat ərzində hər iki tərəfdən bir-birilərinə qarşı hücumları dayandıraraq İŞİD təhlükəsinə qarşı birgə hərəkət etmək barədə təminat aldıq. Bu müvəqqəti razılıqdır və bərarbərhüquqlu olmasını arzu edirik. Bu anlaşmanı cəsarətli addım adlandırıram”, - Tomas bildirib.
Məsələ ilə bağlı ABŞ rəsmiləri hələ ki, açıqlama verməyiblər.