Türkiyəli bioloqdan maraqlı kəşf: Yeni bitki növünü elm dünyasına təqdim etdi

24-07-2024, 16:23           
Türkiyəli bioloqdan maraqlı kəşf: Yeni bitki növünü elm dünyasına təqdim etdi
Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği" adı ilə elm dünyasına təqdim edib.

Bu günə qədər bir çox bitkinin kəşfində iştirak edən Hasan Yıldırım Muğla vilayətinin Akyaka rayonunda yaşayan təbiətsevər Yasemin Silierin paylaşdığı bitki fotoşəkilləri əsasında araşdırmalara başlayıb.

Daha sonra bir neçə həmkarı ilə birlikdə bitkinin yetişdiyi bölgəyə gedən mütəxəssis bitki növünə aid nümunələr toplayıb, bu növlərin ədəbiyyatda qeydiyyata alınmadığını müəyyən edib və bununla bağlı hazırladıqları elmi məqaləni Yeni Zelandiyada nəşr olunan "Phytotaxa" jurnalına göndərib.

Jurnalın son sayında dərc olunan məqalə ilə ədəbiyyata daxil edilən bitkiyə "Muğla emceği", elmi olaraq isə "Onosma serpentinica" adı verilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru