Türkiyədə Roblox-a giriş bağlanıb

8-08-2024, 11:54           
Türkiyədə Roblox-a giriş bağlanıb
Türkiyə hakimiyyəti onlayn oyun platforması Roblox-a girişi bloklayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Texnologiya və Kommunikasiya Şurasının internet saytında bildirilib.

Qeyd edilib ki, platformaya giriş avqustun 7-də Türkiyənin cənubundakı Adana şəhərinin cinayət məhkəməsinin qərarı ilə bağlanıb. Hökmün səbəbləri açıqlanmır.

Xatırladaq ki, avqustun 2-də Türkiyədə Meta şirkətinə məxsus "Instagram" sosial şəbəkəsinə giriş bağlanıb. Türkiyə rəsmiləri bu qərarın "Instagram"ın sosial şəbəkələrdən istifadə ilə bağlı yerli qanunvericiliyin tələblərini pozması səbəbindən verildiyini bildirib. Yerli mətbuatın yazdığına görə, Ankara bu addımı iyulun 31-də İranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı instaqramda başsağlığı mesajlarının bloklanması ilə bağlı atıb.

Onun blokdan çıxarılması üçün Türkiyə hakimiyyəti ilə "Instagram" nümayəndələri arasında aparılan danışıqlar hələlik nəticə verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru