Türkiyədə “İnstagram” qadağası ağır zərbə vurdu: Baxışların sayı bir həftədə 75% azaldı

10-08-2024, 07:04           
Türkiyədə “İnstagram” qadağası ağır zərbə vurdu: Baxışların sayı bir həftədə 75% azaldı
Türkiyədə “Instagram”a girişin bağlanması ilə rəqəmsal reklam bazarı çətin günlərdən keçir.

İndex.az xəbər verir ki, “Gemius AdReal”ım məlumatına görə, bağlanmasından bir həftə əvvəl reklam kommunikasiyalarının 41%-ni həyata keçirən “Instagram”, bağlandıqdan sonra ilk həftədə 4 sosial media platforması arasında sonuncu yerə düşüb.

Məhdudiyyət kommunikasiyalarının təxminən yarısını bu platformaya yönəldən kiçik müəssisələri çətin vəziyyətə salıb. Böyük brendlər kommunikasiyalarını “YouTube” və “Facebook” kimi digər platformalara keçdikcə, “Instagram”da ümumi baxış sayı bir həftə ərzində 75% azalaraq 4 milyarddan 1 milyarda düşüb.

Bu dövrdə reklam üçün orta səviyyədən yuxarı üstünlük verilən sosial şəbəkələr “Facebook” və “TikTok” olub. Bağlanmanın baş verdiyi həftədə yerli saytların həcmində də 5% artım olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru