Türkiyə hökuməti "Instagram"la bağlı danışıqlara başlayıb

10-08-2024, 12:34           
Türkiyə hökuməti "Instagram"la bağlı danışıqlara başlayıb
Türkiyə hökuməti "Instagram" və digər resursların bloklanması problemini mümkün qədər tez həll etmək istəyir.

Oxu.Az-ın CNBC telekanalına istinadla məlumatına görə, bu barədə respublikanın nəqliyyat naziri Abdülkadir Uraloğlu məlumat verib.

"Biz "Instagram" və digər sosial şəbəkələrlə əlaqədəyik. Biz bloklanma problemini mümkün qədər tez həll etmək istəyirik. Təəssüf ki, bu sosial platformalar bizim dövlət olaraq nümayiş etdirdiyimiz demokratik yanaşmanı göstərmirlər", - deyə nazir bildirib.

Xatırladaq ki, avqustun 2-də Türkiyədə "Instagram"a giriş bloklanıb. Türkiyə hökuməti bu qərarın sosial şəbəkənin yerli qanunvericiliyin tələblərini pozması səbəbindən qəbul edildiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru