Xorvatiyada Türkiyə vətəndaşı qaçırıldı

11-08-2024, 10:24           
Xorvatiyada Türkiyə vətəndaşı qaçırıldı
Xorvatiyada Məhəmməd Çolak adlı Türkiyə vətəndaşı naməlum qruplaşma tərəfindən girov pul tələbi ilə qaçırılıb.

Haber Global xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin Koordinasiya və Dəstək Mərkəzi hadisə ilə bağlı məlumatdan sonra aidiyyəti qurumlarla əlaqə saxladığını açıqlayıb.

"Məhəmməd Çolak adlı vətəndaşımızın Xorvatiyada naməlum qrup tərəfindən girov pul müqabilində qaçırıldığı barədə nazirliyimizə dünən səhər saatlarında daxil olmuş məlumat əsasında dərhal Xorvatiya, eləcə də Bosniya və Herseqovina səlahiyyətliləri ilə əlaqə saxlanılıb. Məsələ yaxından izlənilir və vətəndaşımızın ailəsi ilə əlaqə saxlanılır. Baş verənlər barədə vətəndaşımızın ailəsi mütəmadi olaraq məlumatlandırılır", - deyə XİN-dən bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru