Ərdoğandan yeni təyinatlar

16-08-2024, 08:40           
Ərdoğandan yeni təyinatlar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni təyinatlar həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, prezidentin qərarları “Resmi Gazete”də yayımlanıb.

Sənədə əsasən, Bursa valisi Mahmud Dəmirtaş Təhlükəsizlik Ümumi Müdirliyinə rəhbər təyin edilib.

Təhlükəsizlik Ümumi Müdirliyinin rəhbəri Erol Ayyıldız isə Bursa valisi vəzifəsinə gətirilib.

Jandarma Baş Komandanlığının rəhbəri Arif Çətin yaş həddinə görə təqaüdə göndərilib. Onu general Əli Çardakçı əvəzləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru