Azərbaycanın amfibiya təyyarəsinin Türkiyədəki meşə yanğınları ilə mübarizə görüntüləri

19-08-2024, 09:46           
Azərbaycanın amfibiya təyyarəsinin Türkiyədəki meşə yanğınları ilə mübarizə görüntüləri
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Ötən gün ərzində Muğla-Ula istiqamətində fəaliyyət göstərmiş təyyarə 12 dəfə suboşaltma əməliyyatı yerinə yetirməklə meşədəki yanğın ocaqlarına ümumilikdə 114 ton su töküb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru