Türkiyədə bələdiyyə "Recep İvedik"in Muğladakı evini möhürlədi

15-09-2024, 16:08           
Türkiyədə bələdiyyə "Recep İvedik"in Muğladakı evini möhürlədi
Türkiyənin məşhur komediya ustası, daha çox "Recep İvedik" rolu ilə tanınan aktyor Şahan Gökbakarın Muğladakı evi və yaxınlıqda əlavə bir neçə tikilisi bələdiyyə əməkdaşları tərəfindən möhürlənib.
Bu barədə IHA xəbər verir.

Bildirilib ki, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin əməkdaşları tərəfindən aparılan araşdırmadan sonra evin və əlavə tikililərin qanunsuz olduğu müəyyən edilib, bu səbəbdən protokol tərtib edilib.

Marmaris bələdiyyəsindən verilən açıqlamada qanunsuz tikililərə qarşı ciddi addımlar atıldığı və bundan sonra da qanunların tələblərinə uyğun olaraq lazımi tədbirlərin görüləcəyi bildirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru