Gənc polisin şübhəli ölümü

1-10-2024, 15:34           
Gənc polisin şübhəli ölümü
Antalyada polis məmurunun cansız meyiti evində tapılıb.
NTV xəbər verir ki, Serik Rayon Polis Şöbəsinin polis əməkdaşı Özkan Çakmak (31) səhər işə getməyəndə iş yoldaşları onunla telefonla əlaqə saxlamağa çalışıb.

Telefonuna cavab verməyən Çakmakın vəziyyətini yoxlamaq üçün evinə gedən həmkarları onu çarpayısında hərəkətsiz vəziyyətdə görüblər və vəziyyəti həkim qruplarına bildiriblər.

Evə gələn həkim briqadası Çakmakın öldüyünü müəyyən edib.

Müayinədən sonra Çakmakın cəsədi yarılma üçün Antalya Ədliyyə Tibb Təşkilatına göndərilib.

Qeyd edək ki, polis əməkdaşının dəqiq ölüm səbəbi ekspertizadan sonra məlum olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru