Türkiyədən təklif: Yaxın Şərqə sülhməramlılar göndərilə bilər
8-10-2024, 07:34
“İsrailin atdığı addımların qarşısını almaq üçün Yaxın Şərqə sülhməramlı kontingentin göndərilməsinə ehtiyac var”.
Bunu Türkiyənin Diyanət İşləri İdarəsinin (Dİİ) rəhbəri Əli Ərbaş deyib.
“Günahsız insanları qorumaq üçün bölgəyə sülhməramlı qüvvələr ən qısa zamanda göndərilməlidir. Rəfah sərhəd keçid məntəqəsi və Fələstinə humanitar dəhliz qış mövsümü nəzərə alınaraq dərhal açılmalıdır. Qəzzaya əsas malların və yardımın, xüsusilə elektrik və suyun çatdırılmasını təmin etmək üçün tədbirlər görülməlidir. Bəşəriyyətin daha böyük fəlakətə sürüklənməsinin qarşısını almaq üçün BMT hərəkətə keçməli və hüquqi prosedurlara başlamalıdır. İndi bütün bəşəriyyət ciddi təhlükə ilə üz-üzədir. Bu gün İsrail qlobal sülh və təhlükəsizliyə ən böyük təhlükəyə çevrilib və bəşəriyyətin gələcəyini təhlükə altına qoyub”, – deyə Əli Ərbaş vurğulayıb.