İlber Ortaylı xəstəxanaya yerləşdirildi

6-12-2024, 00:11           
İlber Ortaylı xəstəxanaya yerləşdirildi
Türkiyəli tanınmış professor İlber Ortaylı xəstəxanaya yerləşdirilib.

Tribunainfo.az “NTV” portalına istinadən xəbər verir ki, buna 77 yaşlı tarixçinin ayağında yaraya infeksiya düşməsi səbəb olub.

Bildirilib ki, infeksiya İlber Ortaylının səhhətində müəyyən digər fəsadlar törədib.

Professorun hazırkı vəziyyəti ilə bağlı açıqlama verən jurnalist Fatih Altaylı İlber Ortaylının şəkər xəstəliyindən qaynaqlanan bir sıra xəstəliklərinin olduğunu qeyd edib. Bununla belə, o, Ortaylının vəziyyətinin yaxşı olduğunu vurğulayıb.

Qeyd edək ki, dekabrın 3-də şoumen Okan Bayülgenin proqramında iştirak edən İ.Ortaylının canlı yayımda halı pisləşib. Bunun ardınca, elm adamı verilişi yarımçıq tərk etməli olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru