Türkiyə ABŞ-la birlikdə Yaxın Şərqlə bağlı planlar hazırlayacaq – KİV

31-12-2024, 15:18           
Türkiyə ABŞ-la birlikdə Yaxın Şərqlə bağlı planlar hazırlayacaq – KİV
Nəşr hesab edir ki, ABŞ-la danışıqlar Türkiyədə mövcud hakimiyyəti qoruyub saxlamağa kömək edəcək.
Türkiyə ABŞ-la Yaxın Şərq üçün danışıqlar aparacaq və ortaq planlar hazırlayacaq. Bu barədə Ekonomim qəzeti yazıb.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bundan əvvəl Suriyada silahlı müxalifəti hakimiyyətə gətirən son hadisələrin arxasında duran əsas qüvvələrin Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğan olduğuna inandığını bildirib. Öz növbəsində Türkiyə prezidenti Tramp vəzifəyə gəldikdən sonra Suriya ilə bağlı danışıqlara ümid etdiyini və bunu region üçün vacib hesab etdiyini bildirib.
"Dünənə qədər Türkiyə regionun bir neçə ölkəsi ilə eyni anda hərəkət edirdi. İndi görünən odur ki, ABŞ-la ortaq planlar və ya hesablaşmala situasiyası yaranıb. Şübhəsiz ki, müəyyən müzakirələr və ya danışıqlar aparılacaq, lakin ümumilikdə birgə fəaliyyət üçün zəmin pozulmayacaq", - nəşr yazır.

Nəşr hesab edir ki, ABŞ-la danışıqlar Türkiyədə mövcud hakimiyyəti qoruyub saxlamağa kömək edəcək.
Dekabrın 8-də Suriyadakı silahlı müxalifət nümayəndələri Dəməşqdə dövlət televiziyasını ələ keçirərək, ölkəyə nəzarəti ələ keçirdiklərini efirdə elan ediblər. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali bildirib ki, o və bir neçə nazir ölkədə qalıb və silahlı müxalifətin rəhbərliyi ilə əlaqə qurub.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd münaqişənin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək ölkəni tərk edib, Rusiya isə danışıqlarda iştirak etməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.