Türkiyədə partiya sədrinin həbsi tələb olunur

18-02-2025, 11:48           
Türkiyədə partiya sədrinin həbsi tələb olunur
Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağın "Prezidenti təhqiretmə" maddəsi üzrə bir il, iki aydan dörd il, səkkiz aya qədər həbs edilməsi tələb edilir.

Hürriyet qəzeti xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğunun hazırladığı ittiham aktında deyilir.

Bildirilir ki, Ü.Özdağ 2025-ci il yanvarın 19-da partiyasının iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına söylədiyi sözlər səbəbindən barəsində təhqiqat başlamışdı.

İddianamədə partiya sədrinin işlətdiyi sözlərin "Prezidenti təhqiretmə" maddəsi çərçivəsinə daxil olduğu vurğulanır.

Qeyd edək ki, məhkəmə Ü.Özdağı "xalqı kin və düşmənçiliyə təhrik etmə və alçaltma" ittihamı üzrə təqsirli bilərək həbsinə qərar verib. O, hazırda Silivri həbsxanasındadır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.