Türkiyədə əməliyyat keçirən qadının gözlərinin hərəsi bir rəngdə oldu VİDEO

19-02-2025, 17:44           
Türkiyədə əməliyyat keçirən qadının gözlərinin hərəsi bir rəngdə oldu  VİDEO
Müalicə məqsədilə getdiyi bir çox ölkədə "gözün daha görməz" cavabı alan liviyalı qadın Türkiyədə keçirdiyi əməliyyatdan sonra iki fərqli göz rənginə sahib olub.

NTV telekanalı xəbər verir ki, 2020-ci ildə gözündə əmələ gələn virus qaynaqlı infeksiya səbəbindən Sabah Darif Mənsurun sağ gözündə korlaşma gedib.

62 yaşlı qadın şəfa üçün Belarus, Rusiya və Serbiya daxil olmaqla, bir çox ölkələri dolaşıb. "Gözün daha görməz" deyən həkimlərin diaqnozundan sonra qadın son çarə olaraq Türkiyəyə getməyi qərara alıb.

Burada onun üzərində kornea transplantasiyası əməliyyatı keçirilib. Əməliyyatdan sonra liviyalı qadının sağ gözü nəinki işığa qovuşub, həm də o, iki fərqli göz rənginə sahib olub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru