Türkiyəni hədələməyə cəhd etməyin - Davudoğlu

15-10-2016, 16:49           
Türkiyəni hədələməyə cəhd etməyin - Davudoğlu
Türkiyə və İraq hər zaman qardaş olub.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu söyləyib. Onun sözlərinə görə, rəsmi Bağdad provokasiyaya getməməlidir:

“İraqın Baş naziri Abadiyə səslənirəm. Türkiyəni İraqa düşmən etmək istəyən bəzi qüvvələrin təhriki ilə bizi təhdid etməyə çalışmayın. Türkiyə xalqı təhlükəsizlik məqsədi ilə bütöv İraqla qardaş və dost olacaq. Türkiyə Mosul da daxil olmaqla, sərhədindəki bütün şəhərlərin, qardaş xalqların gələcəkləri ilə maraqlanmağa davam edəcək”.

Qeyd edək ki, İraq Türkiyədən Başikadakı hərbi bazasını ləğv etməsini tələb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru