Kuşadası çimərliyində ölü delfin tapılıb - FOTO
Bu gün, 16:14

Aydının Kuşadası rayonundakı çimərlikdə "serpantin" tipli delfin ölü tapılıb
Sherg.az xəbər verir ki, Ekosistemi Mühafizə və Təbiət Sevənlər Dərnəyinin (EKODOSD) verdiyi açıqlamaya görə, Aydının Kuşadası rayonunun Xanımlar çimərliyi ərazisində sahildə ölü bir delfin xəbəri daxil olub.

Bölgəyə gedən dərnək sədri Bahattin Sürücü 1,28 metr uzunluğundakı delfinin öldüyünü müəyyən edib.
Bahattin, delfinlərin dənizlərdə həyatın müxtəlifliyi və dəniz ekosisteminin sağlam işləməsi üçün çox əhəmiyyətli olduğunu ifadə edərək, bunları qeyd edib:
"Dəri səthindəki tor izlərinə görə trol torlarında ov kimi tutulduğu güman edilir. Çənəsinin sol tərəfində, ehtimal ki, kəsici alətlə dərin yara olduğu və quyruğunun kəsildiyi göründü. Bir çox bölgədə ciddi təhlükə altında olan adi delfin nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. Egey dənizi körfəzinin yenidən qidalanması üçün çox əhəmiyyətlidir və balalarını böyütmək, növlərin varlığını davam etdirməsi üçün həssas bir bölgədir."