Avtomobilini idarə edərkən silahlı hücum nəticəsində yaralanıb
28-03-2025, 11:43
Türkiyədə Kayseridə silahlı hücumda 1 nəfər yaralanıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə saat 21.30 radələrində Melikqazi rayonu Gökkent məhəlləsində baş verib. S.U-nun idarə etdiyi 38 AIM 748 dövlət nömrə nişanlı avtomobilə naməlum şəxs və ya şəxslər tərəfindən avtomobildən atəş açılıb. Hücumun ardından sürücü S.Ü., pəncərəyə dəyən güllələrdən qırılan şüşə parçaları ilə yaralanıb. Şübhəli və ya şübhəlilər ərazidən qaçıblar. Xəbərdarlıq üzərinə hadisə yerinə polis qrupları sövq edilib.
Sağlamlıq qruplarının ilk yardımından sonra S.U xəstəxanaya aparılıb.
Polis hücumu törədən şəxs və ya şəxslərin tutulması üçün araşdırmalara başlayıb.