“İnqilabçı Pikachu” Türkiyədəki aksiyalara necə gəlib çıxdı? — VİDEO

30-03-2025, 08:04           
“İnqilabçı Pikachu” Türkiyədəki aksiyalara necə gəlib çıxdı? — VİDEO
Türkiyə cərəyan edən etiraz aksiyalarında bir multfilm personajı bütün dünyada viral olub. Bu, sarı rəngli "Pikachu"dur.

TEREF xəbər verir ki, tələbələrin iştirakı ilə Türkiyənin müxtəlif şəhərlərində keçirilən nümayişlərdə "Pikaçu" ilk dəfə Antalyada görünüb.

Polisin təqibindən qaçan cizgi personajı müxtəlif foto və video süjetlərində əksini tapdıqdan sonra sosial şəbəkələrdə paylaşılmaqla müxalifət liderlərini, o cümlədən etirazların səbəbkarı olan İstanbul meri Əkrəm İmamoğlunu beıə şöhrətdə üstələyib.

O, "inqilabçı"-"etirazçı" obraz barədə nə məlumdur?

"Pikaçu" (Pikachu) "Nintendo" və "Game Freak" şirkətlərinə məxsus "Pokémon" oyun, manqa və anime seriyasından olan məxluqdur. Uydurma kainatın xüsusi canlılarından biri olan Pikaçu - Pokemonu yapon oyun dizayneri Ken Suqimori yaradıb.

O, əvvəlcə "Pokémon Red and Blue" kompüter oyunlarında, sonra isə sonrakı seriallarda peyda olub. Pikaçu ən tanınan və populyar Pokemonlardan biri hesab olunur, o, Yaponiya pop mədəniyyətinin simvoluna çevrilib.

"Pokémon" oyunları seriyası 1996-cı ildə Yaponiyada paylanmağa başlayıb. Onun personajları Pokemon adlı xüsusi canlılardır və onları Pokemon təlimçiləri adlanan oyunçular tuta, məşq edə, onlarla oyun dünyasında səyahət edə və digər təlimçilərə qarşı döyüşə bilər.

"Pikachu" - siçan "Pokemon"udur, bədəni qısa sarı xəzlə örtülmüşdür və kürəyində ildırım formalı quyruğunun bir hissəsi kimi qəhvəyi rəngli iki uzun zolaqdan ibarətdir. Pikaçunun qara ucu olan uzun, uclu qulaqları və yanaqlarında elektrik enerjisini saxlaya və buraxa bilən iki qırmızı dairə var. (Yenisabah.az)













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.